...

Tbilisidə Asiya İnkişaf Bankının nümayəndəliyi açılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2009 14:30 (UTC +04:00)
Tbilisdə, Vake rayonunda bazar ertəsi Asiya İnkişaf Bankının (AİB) nümayəndəliyi açılacaq.

Gürcüstan, Tbilisi, 20 iyul / Trend , müxbir N. Kirsxaliya /

Tbilisdə, Vake rayonunda bazar ertəsi Asiya İnkişaf Bankının (AİB) nümayəndəliyi açılacaq.

Gürcüstan hökumətindən bildirildiyi kimi, AİB nümayəndəliyinin açılması Gürcüstanla bank arasında xüsusilə energetika, yolların bərpası, su təchizatı, səhiyyə sahələrində münasibətlərin inkişafına kömək edəcək. Gürcüstan tərəfi hesab edir ki, nümayəndəliyin açılması ölkənin bu sahələrində kreditləşmənin asanlaşmasına imkan verəcək.

Gürcüstan AİB-ə bu ildən qoşulub və onun 67-ci üzvü olub. Bu yaxında AİB Gürcüstan və Ermənistana 200 milyon dollar güzəştli kredit ayrılmasını dəstəkləyib. Bu məbləğdən Gürcüstan iki layihənin həyata keçirilməsinə 80 milyon dollar alacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti