...

İtaliya Azərbaycandan idxalçıların sırasında liderliyini qoruyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2009 14:18 (UTC +04:00)
"Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-iyun aylarında dünyanın 122 ölkəsi ilə həyata keçirilən ticarət əməliyyatlarının yekunlarını açıqlayıb", - komitədən xəbər verilib.

Azərbaycan, Bakı, 25 iyul / Trend , müxbir Ü.İsmayılova /

"Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-iyun aylarında dünyanın 122 ölkəsi ilə həyata keçirilən ticarət əməliyyatlarının yekunlarını açıqlayıb", - komitədən xəbər verilib.

İlin birinci yarısında ölkənin ixrac əməliyyatları ötən ilin analoji dövrünə nisbətən 66,77 faiz, yaxud 11,67 milyard dollar azalaraq, 5,81 milyard dollar təşkil edib.

İdxal 11,86 faiz və ya 0,365 milyard dollar azalaraq 2,71 milyard dollara çatıb. Bununla yanaşı, ümumi ticarət dövriyyəsi 8,53 milyard dollar təşkil edib.

Yanvar-iyunda Azərbaycandan 1,49 min növ məhsul ixrac edilib, 5,04 min növ məhsul isə ölkəyə idxal edilib.

Aşağıda Azərbaycanın ticarət dövriyyəsindəki payı xüsusilə böyük olan ölkələrin siyahısı təqdim olunub:

İxrac

Ölkələr

Dəyəri (milyard ABŞ dolları)

Ümumi ixracda xüsusi çəkisi (%)

İtaliya

1,517

26,06

ABŞ

0,749

12,89

Fransa

0,489

8,42

İsrail

0,479

8,26

Tayvan

0,271

4,68

Rusiya

0,249

4,29

Kanada

0,239

4,13

İndoneziya

0,234

4,03

Gürcüstan

0,220

3,80

Hindistan

0,202

3,48

İdxal

Ölkələr

Dəyəri (milyard ABŞ dolları)

Ümumi idxalda xüsusi çəkisi (%)

Rusiya

0,475

17,49

Türkiyə

0,363

13,38

Almaniya

0,278

10,26

Ukrayna

0,231

8,53

Çin

0,164

6,06

Böyük Britaniya

0,154

5,70

ABŞ

0,121

4,47

Fransa

0,72

2,65

Yaponiya

0,62

2,30

İtaliya

0,59

2,18

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti