Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir Ü.İsmayılova /
Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) "donuz qripi"nin proflaktikası üçün ölkə ərazisində A/H1N1 virusunun yayılmasının qarşısını almaq məqsədilə bir sıra tədbirlər həyata keçirir. Bu barədə cümə günü DGK-dan verilən məlumatda deyilir.
"Bu məqsədlə DGK-nın nəzarət-buraxılış məntəqələrində öskürək, yorğunluq, yüksək temperatur, oynaq və əzələ ağrıları olan şəxslər termometrdən, tibbi sorğudan və vizual müayinədən keçirilir", - məlumatda deyilir.
Belə şəxslərin müvəqqəti təcridi üçün nəzarət-buraxılış məntəqələri ərazisində müvafiq avadanlıqla təchiz edilmiş xüsusi yer yaradılıb.
Eləcə də məlumatların Səhiyyə Nazirliyinə təqdim olunması üçün "donuz qripi" yayılan ölkələrdən Azərbaycana gələn azərbaycanlıların və xaricilərin siyahısının tutulması üzrə iş təşkil edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]