...

BMK Azərbaycan bankına 20 milyon dollar ayırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2009 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust / Trend , müxbir А.Bədəlova /

"Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Direktorlar Şurası Azərbaycanın Respublika Bankına 20 milyon dolların ayrılması təklfini qəbul etmək istəyir", - korporasiyanın məlumatında deyilir.

"Kredit vəsaitləri mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin davam etdirilməsi üçün nəzərdə tutulub", - məlumatda bildirilir.

BMK DŞ-nin sentyabrın 20-də qərar qəbul etməsi gözlənilir.

Əvvəllər də BMK Bank Respublika-ya kiçik və orta biznesin, həmçinin dünya ticarətinə yardım üzrə proqram çərçivəsində ticarətin maliyyələşdirilməsi üçün kredit xətti ayırmışdı.

Bank Respublika öz fəaliyyətinə 22 may 1992-ci ildə, pərakəndə satış üzrə bank xidmətləri göstərən özəl səhmdar kommersiya bankı kimi başlayıb. Bankın şəbəkəsi 33 filial və xədmət məntəqəsini əhatə edir. Bu, 2008-ci ilin sonuna 478 milyon dollar ümumi aktiv və 312 milyon dollar kredit portfeli ilə Azərbaycanın altıncı ən böyük bankıdır.

Bankın səhmdarları sırasında, səhmdar kapitalının "25% + 1 səhm" paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı - KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust təmsil olunur. Bankın səhmdarlarının strukturu belədir: səhmlərin 75 faizi Quliyevlər ailəsi, 16,67 faizi - DEG və 8,3 faizi - SIDT-ə məxsusdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti