...

Azərbaycan Nəqliyyat Nazirliyi böyük yol layihəsi üzrə konsultant cəlb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2009 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust / Trend /

Azərbaycan Nəqliyyat Nazirliyi Hacıqabul-Bəhramtəpə avtomobil yollarının yenidən qurulması layihəsi üzrə texniki konsultant şirkətin müəyyən edilməsi üzrə tender elan edir. Layihənin maliyyələşdirilməsini Dünya Bankı (DB) öz üzərinə götürəcək, bu barədə idarənin məlumatında deyilir. Təkliflər 2009-cu ilin sentyabr ayının 18-dən gec olmayaraq təqdim edilməlidir.

Əvvəlcə Dünya Bankının Direktorlar Şurası Azərbaycana 183 milyon dollar həcmində kreditin ayrılmasını təsdiqləyib. Bu barədə DB-nin Bakı nümayəndəliyindən bildirilib.

Dünya Bankı Hacıqabul-Bəhramtəpə avtomobil yollarının yenidən qurulması və inşası layihəsi çərçivəsində 175 milyon dollar kreditin ayrılmasını təsdiqləyib. Layihə çərçivəsində 112,5 km uzunluğunda Hacıqabul-Bəhramtəpə avtomobil yollarının, həmçinin 200 km uzunluğunda yerli əhəmiyyətli yolların inşası və yenidən qurulması planlaşdırılır.

Kreditin ümumi həcmindən 62 milyon dollar Beynəlxalq İnkişaf Assosiasiyası şərtləri üzrə verilib. Kredit vəsaiti 10 il güzəştli dövr olmaqla 20 il müddətinə verilir. Həmçinin 113 milyon dollar Beynəlxlaq Yenidənqurma və İnkişaf Bankının şərtləri ilə dörd il güzəştli dövr olmaqla 20 il müddətinə verilir.

Layihənin ümumi dəyəri 200 milyon dolları ötür, qalan hissəni isə Azərbaycan hökuməti maliyyələşdirir.

Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bank ilə əməkdaşlıq dövrü ərzində respublikaya 2,5 milyard dollar həcmində kredit verilib.

Xəbər lenti

Xəbər lenti