...

Azərbaycanda Standartlaşma üzrə Dövlət Komitəsinin yeni struktur və əsasnaməsi təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2009 18:30 (UTC +04:00)
Bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yeni struktur və əsasnaməsi təsdiq edilib.
Azərbaycanda Standartlaşma üzrə Dövlət Komitəsinin yeni struktur və əsasnaməsi təsdiq edilib

Azərbaycan, Bakı, 31 avqust / Trend , müxbir Ü.İsmayılova /

Bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yeni struktur və əsasnaməsi təsdiq edilib. Məlumatı "AzərTac" Dövlət İnformasiya Agentliyi yayıb.

Prezidentin fərmanına müvafiq olaraq, dövlət komitəsi aparatının işçilərinin say həddi 152 ştat vahidindən, strukturuna daxil olan qurumların işçilərinin say həddi isə 323 ştat vahidi müəyyən olunub.

Azərbaycan Nazirlər Kabinetinə bir ay ərzində qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdlırılması haqqında təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməsi və həmin fərmandan irəli gələn digər məsələlərin həlli tapşırılıb.

Fərman avqustun 31-dən qüvvəyə minir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti