Azərbaycan Prezidenti yeni kərpic zavodunun açılışında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2009 14:58 (UTC +04:00)
Cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabulda yeni kərpic zavodunun açılışında iştirak edib. Bu barədə AzərTAC Dövlət İnformasiya Agentliyi məlumat yayıb.
Azərbaycan Prezidenti yeni kərpic zavodunun açılışında iştirak edib

Azərbaycan, Bakı, 03 sentyabr / Trend /

Cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabulda yeni kərpic zavodunun açılışında iştirak edib. Bu barədə AzərTAC Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Zavodun tikintisinə ötən ilin iyulunda "R-Turan" MMC-nin sifarişi ilə başlanılıb. Yeni zavodun ən müasir avadanlıqlarla təchiz edilmiş ümumi ərazisi beş hektardır.

Zavod Yaponiya, İtaliya, Almaniya, Polşa və Çexiya istehsalı olan son model avadanlıqlarla təchiz edilib. Zavodun illik istehsal gücü 30 milyon şərti kərpicdir. Burada gündə 8 növdə 300 ton bişmiş kərpic istehsal ediləcək. Gələcəkdə məhsulun çeşidinin artırılması nəzərdə tutulur.

Zavodun işçilərinin sayı 75 nəfərdir.

Xəbər lenti

Xəbər lenti