Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir Ü.İsmayılov /
Azərbaycanın Sumqayıt şəhərinin İcra Hakimiyyətinin və Avstriyanın Lins şəhərinin rəhbərləri əməkdaşlıq imkanlarını müzakirə edəcəklər. Bu barədə cümə axşamı Sumqayıt ŞİH-dən verilən məlumatda deyilir.
"Əməkdaşlıq imkanları 3-7 sentyabrda Sumqayıt şəhər icra hakimi Vaqif Əliyevin Avropanın mədəni paytaxtı elan edilmiş Lins şəhərinə səfəri zamanı müzakirə ediləcək", - məlumatda deyilir.
"Sumqayıt nümayəndələrinin 2007-ci ildə Linsə və bu Avstriya şəhərinin nümayəndələrinin Sumqayıta 2008-ci ildəki səfərləri danışıqların sürətləndirilməsinə ciddi təkan verib", - press-relizdə deyilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]