...

Azərbaycanda normativlərə cavab verməyən 6,5 kq pəhriz çörəyi satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2009 17:16 (UTC +04:00)
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarında növbəti monitorinqlərin keçirilməsi zamanı ümumi çəkisi 300 kiloqrama yaxın istifadə müddəti ötmüş ərzaq məhsullarını satışdan çıxararaq məhv edib.
Azərbaycanda normativlərə cavab verməyən 6,5 kq pəhriz çörəyi satışdan çıxarılıb

Azərbaycan, Bakı, 07 sentyabr / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarında növbəti monitorinqlərin keçirilməsi zamanı ümumi çəkisi 300 kiloqrama yaxın istifadə müddəti ötmüş ərzaq məhsullarını satışdan çıxararaq məhv edib. Bu barədə nazirliyin bazar ertəsi yayılmış məlumatında deyilir.

Monitorinqlər Bakının Binəqədi, Yasamal, Nərimanov, Xətai rayonlarında, həmçinin Xaçmaz şəhərində keçirilib.

Mağazalarda istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları və s. aşkar olunaraq satışdan çıxarılıb.

Monitorinqlər zamanı həmçinin Yasamal rayonunda "Yeni market"də normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, üzərində istehsal tarixi qeyd edilməmiş ümumi çəkisi 6,5 kiloqram olan "Pəhriz" çörəkləri satışdan çıxarılıb.

Qanun pozuntusuna yol vermiş 10 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib.

Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Qanun qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 47 hüquqi şəxsə 181 min manat, 386 fiziki şəxsə isə 578,5 min manat cərimə tətbiq olunub.

Sentyabrın 07-nə olan rəsmi məzənnə 0,8038 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected].

Xəbər lenti

Xəbər lenti