...

Türkmənistanda hava nəqliyyatı müəssisəsinə yeni rəhbər təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2009 11:31 (UTC +04:00)
Türkmənistanda hava nəqliyyatı müəssisəsinə yeni rəhbər təyin edilib

Türkmənistan, Aşqabad, 5 sentyabr / Trend , müxbir H.Həsənov /

Bu gün Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedovun əmri ilə Kakalıyev Batır "Türkmənistan" hava nəqliyyatı müəssisəsinin rəhbəri təyin edilib.

Sözügüdən idarə "Türkmənhavayolları" Milli Dövlət Xidmətinin sərəncamındadır. Əvvəlki rəhbər Ayazov Mərdan digər işə keçirilməsi ilə əlaqədar olaraq bu  vəzifədən azad edilib.

Türkmənistan televiziyasının verdiyi məlumata görə, sonuncu hökumət müşavirəsində ölkənin baş prokurorluğu "Türkmənhavayolları"nda aşkar edilən ciddi nöqsanlar haqda bəyanat verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti