Azərbaycan, Bakı, 11 sentyabr / Trend /
Azərbaycan Nazirlər Kabineti "Azərbvaycan Dövlət Dəmir Yolları"nın (hazırda "Azərbaycan Dəmir Yolları" QSC) mülkiyyət formasının dəyişdirilməsi ilə əlaqədar olaraq bir sıra sənədlərə dəyişiklik edilməsi barədə qərarı təsdiq edib. Bu barədə Nazirlər Kabinetinin rəsmi saytında yer alan qərarda deyilir.
Dəyişikliyə əsasən, bütün sənədlərdə "Azərbaycan Dövlət Dəmir Yolları" adı "Azərbaycan Dəmir Yolları" QSC ilə dəyişdirilir.
Eləcə də, təsdiq edilmiş sənədə əsasən, Nazirlər Kabinetinin 8 avqust 1995-ci il tarixli, 171 saylı qərarı qüvvədən düşüb.