...

"Qırmızı körpü"də Gürcüstanın gömrük işçisi saxlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2009 20:36 (UTC +04:00)
Gürcüstanın Daxili İşlər Nazirliyinin konstitutsion təhlükəsizlik departamentinin əməkdaşları vergi ödəmələrini gizlətməkdə şübhəli bilinən gömrük işçilərini və "İberiya Treydinq" MMC-nin əməkdaşlarını saxlayıblar.
"Qırmızı körpü"də Gürcüstanın gömrük işçisi saxlanılıb

Gürcüstan, Tbilisi, 30 sentyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın Daxili İşlər Nazirliyinin konstitutsion təhlükəsizlik departamentinin əməkdaşları vergi ödəmələrini gizlətməkdə şübhəli bilinən gömrük işçilərini və "İberiya Treydinq" MMC-nin əməkdaşlarını saxlayıblar.

DİN-in ötən brifinqində departament baçşısının müavini Soso Topuridzenin dediyinə görə, "Qırmızı Körpü" gömrük məntəqəsində işləyən Zurab Kirtadze adlı gömrük işçisi yaxalanıb. Həmçinin "İberiya Treydinq" MMC-nin əməkdaşları olan Zurab İnasaridze və Gela Nosadze də saxlanılıb.

Topuridzenin bəyanatına görə, şübhəlilər rüşvət yolu ilə Gürcüstanın dövlət büdcəsinə on minlərlə lari ziyan vurublar. Günahları sübuta yetirilərsə, onları 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Xəbər lenti

Xəbər lenti