...

Azərbaycanda "Afrika taunu" yoxdur - Dövlət Baytarlıq Xidməti

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2009 16:21 (UTC +04:00)
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Azərbaycanda "Afrika taun"unun olmamasını təsdiq edir.
Azərbaycanda "Afrika taunu" yoxdur - Dövlət Baytarlıq Xidməti

Azərbaycan, Bakı, 30 sentyabr / Trend , müxbir Ü.İsmayılov/

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Azərbaycanda "Afrika taunu"nun olmamasını təsdiq edir.

"Bu stabiliyin saxlanması üçün dövlət xidməti digər müvafiq orqanlarla birgə lazımi tədbirlər həyata keçirir", - bu barədə xidmətin çərşənbə günü yayılmış məlumatında deyilir.

Beynəlxalq Epizootik Büronun məlumatına əsasən, Dağıstan MR-in Tarumov rayonunun "Karakol" ovçuluq təsərrüfatında vəhşi donuzlar arasında "Afrika taunu" aşkar edilib.

"Afrika donuz taunu" (Pestis africana suum) donuzların yüksək yoluxucu virus xəstəliyidir,və qızdırma, dərinin göyərməsi, daxili orqanlarda qanaxma ilə xarekterizə olunur. Heyvanların yoluxucu xəstəliklərinin beynəlxalq təsnifatına əsasən A siyahısına aid edilir. İnsan üçün "Afrika donuz taunu"nun təhlükəsi yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti