Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir A.Bədəlova/
Almaniyanın Deutsche Bank-ı 2010-cu ildə dünyada ÜDM-in 2 faiz səviyyəsində artımını gözləyir.
Bankın hesabatında deyildiyi kimi, iri iqtisadiyyata malik olan ölkələr arasında ABŞ resessiya vəziyyətindən çıxan ilk ölkə olacaq. Bank gələn il ABŞ-ın ÜDM-nin 1,5 faiz artacağını gözləyir.
Almaniya bankının analitiklərinə nəzərən, 2010-cu ildə dünya iqtisadiyyatı orta səviyyədə bərpa ediləcək.
Almaniya bankının analitiklərinə nəzərən, gələn il Asiya regionunun iqtisadiyyatı 6,1 faiz artacaq. Yaponiyada ÜDM-in 1,5 faizlik artımı müşahidə ediləcək. Avropa zonasının iqtisadiyyatı bankın proqnozuna görə, gələn il 0,7 faiz artacaq.
BVF və DB-nin rəhbərləri hesab edirlər ki, dünya iqtisadiyyatı yeni eniş yaşaya bilər. "2010-cu ildə hökumət iqtisadi dəstəyi dayandırarsa artmağa başlayan dünya iqtisadiyyatı da dayana bilər. Ən başlıcası, "işçi yerlərini təmin edən özəl sektor bərpa edilə bilərmi" - buna zəmanət yoxdur", - müstəqil qəzet DB prezidenti Robert Zellikin sözlərinə istinadən yazır.
2009-cu ilin yekunlarına görə, Deutsche Bank dünya iqtisadiyyatının 2008-ci ildə 1,5 faizlik artımla müqayisədə 2,6 faiz enməsini gözləyir.
Bu ilin yekununa görə, ABŞ-ın ÜDM-nin enməsi, bankın proqnozuna müvafiq olaraq, 2,6 faiz, Yaponiyada - 5,8 faiz, Avropa zonasında isə 3,9 faiz təşkil edir. Asiyada bu il ÜDM-in 4,3 faiz səviyyəsində artacağı müşahidə ediləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]