...

Bakı mağazalarından birində 300 kiloqram istifadə müddəti ötmüş noxud aşkar edilərək satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2009 17:35 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı istehlak bazarından 270 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib, bu barədə nazirliyin bazar ertəsinə olan məlumatında deyilir.
Bakı mağazalarından birində 300 kiloqram istifadə müddəti ötmüş noxud aşkar edilərək satışdan çıxarılıb

Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı istehlak bazarından 270 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib, bu barədə nazirliyin bazar ertəsinə olan məlumatında deyilir.

Monitorinqlər Bakının Sabunçu rayonunda, həmçinin Gəncə və Qusarda keçirilib.

Ticarət obyektlərindən kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq yeməkləri və s. aşkar olunaraq məhv edilmişdir.

Monitorinqlər zamanı həmçinin, Bakının Nizami rayonunda 300 kiloqram saxlama müddəti ötmüş noxud aşkar olunaraq satışdan çıxarılmış və məhv edilmişdir.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Ümumiyyətlə, "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 17 may 2009-cu il tarixli Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət-yoxlama tədbirləri nəticəsində qanun pozuntusuna yol vermiş 48 hüquqi şəxsə 185 min manat, 479 fiziki şəxsə 715 min manat məbləğində cərimə tətbiq olunmuşdur.

Oktyabrın 12-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti