...

Azərbaycan bankları ilə iş Pasha Bank-ın strateji inkişaf istiqamətlərindən biridir - İdarə Heyətinin sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2009 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir N.İsmayılov/

Azərbaycan bankları ilə iş Pasha Bank-ın strateji inkişaf istiqamətlərindən biridir, bankın İdarə Heyətinin sədri Fərid Axundov belə hesab edir.

Onun sözlərinə əsasən, bankın məcmu aktivlərində Azərbaycan banklarına ayrılan kredit xətti təxminən 30-33 faiz təşkil edir.

"Hazırda bankı aktivləri təxminən 250 milyon manat təşkil edir. Bankın nizamnamə kapitalı 100 milyon manat, şəxsi kapitalı 122 milyon manat təşkil edir", - Axundov Bakıda "MDB-nin maliyyə və bank sistemlərinin dayanıqlılığının yüksəldilməsi" mövzusunda II Beynəlxalq Bank Konfransında bildirib.

TREND və Day.az İnformasiya Agentliyi Beynəlxalq Bank Konfransına informasiya dəstəyi göstərir

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti