...

ABB-nin gələcək kapitallaşdırılması səhmdarların qərarından asılı olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2009 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir N.İsmayılova/

"Azərbaycan Beynəlxalq Bankının (ABB) gələcək kapitallaşdırılması səhmdarların qərarından asılı olacaq", - bankın İdarə Heyətini sədri Cahangir Hacıyev deyib.

"Ekspertlərin fikrincə, ümumilikdə MDB ölkələrinin bank sistemləri kifayət qədər kapitallaşmayıblar və Azərbaycan da istisna deyil. Buna görə də son illərdə ABB-nin kapitalı yüz dəfə artırılıb", - Hacıyev çərşənbə günü MDB ölkələrinin Bakıda keçirilən "MDB-nin maliyyə və bank sistemlərinin dayanıqlılığının yüksəldilməsi" mövzusunda II Beynəlxalq Bank Konfransında deyib.

Onun sözlərinə görə, əgər 7-8 il əvvəl bankın nizamnamə kapitalı 2.5 milyon dollar həcmində idisə, bu gün bu rəqəm 200 milyon manat təşkil edir.

O deyib ki, bank bu sahədə müəyyən irəliləyişlər əldə edib, amma sonrakı kapitallaşdırılma məsələsi bankın səhmdarlarının qərarından asılı olacaq.

TREND və Day.az agentlikləri Beynəlxalq Bank Konfransına informasiya dəstəyi göstərirlər.

Xəbər lenti

Xəbər lenti