...

2010-cu ilin dövlət büdcəsi üzrə proqnozlar Azərbaycan Parlamentinə təqdim edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2009 13:42 (UTC +04:00)
2010 və sonrakı üç il üzrə dövlət və ümumi büdcə, sosial iqtisadi inkişaf konsepsiyası üzrə proqnozlar Azərbaycan Parlamentinə təqdim edilib. Ölkənin Prezident Administrasiyası dövlət büdcəsinin proqnozlarını dəyişilməz saxlayıb.
2010-cu ilin dövlət büdcəsi üzrə proqnozlar Azərbaycan Parlamentinə təqdim edilib

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , İ.Xəlilova/

2010 və sonrakı üç il üzrə dövlət və ümumi büdcə, sosial iqtisadi inkişaf konsepsiyası üzrə proqnozlar Azərbaycan Parlamentinə təqdim edilib. Ölkənin Prezident Administrasiyası dövlət büdcəsinin proqnozlarını dəyişilməz saxlayıb.

Rəsmi mətbuatda dərc olunan "2010-cu ilin dövlət büdcəsi haqqında" qanuna əsasən, 2010-cu il dövlət büdcəsinin gəlirləri 10 milyard 015 milyon manat (ümumi daxili məhsulun (ÜDM) 31,5 faizi həcmində), mərkəzləşdirilmiş gəlirlər 9,552 milyard manat və yerli gəlirlər 462,98 milyon manat, xərclər 11,264 milyard manat (ÜDM-in 35,4 faizi həcmində), mərkəzləşdirilmiş məxaric 10,069 milyon manat və yerli xərclər 1,194 milyard manat təşkil edəcək.

Dövlət büdcəsinin defisiti 1,249 milyard manat həcmində proqnozlaşdırılır. Büdcə defisitinin maliyyələşdirilməsi üçün dörd mənbə nəzərdə tutulub: dövlət mülkiyyətinin özəlləşdirilməsindən gələn gəlirlər hesabına, daxili və xarici borclar, həmçinin xaricdə qiymətli kağızların yerləşdirilməsindən gələn vəsait, büdcə təşkilatları tərəfindən göstərilən ödəmə xidmətlərindən gələn gəlirlər və dövlət büdcəsinin vahid xəzinə hesabında 2010-ci il yanvarın 1-nə olan vəsaitin qalığı hesabına.

Azərbaycan Dövlət Neft Fondunun dövlət büdcəsinə köçürmələri 4 915 mln. manat həcmində gözlənilir.

2010-cu il üçün icmal büdcənin gəlirləri 11 milyard 885 milyon manat, xərcləri isə 12 milyard 466 milyon manat proqnozlaşdırılır. Ümumi büdcənin defisiti Dövlət Neft Fondunun gəlirlərinin hesablanmaması ilə 6,544 milyard manat səviyyəsində proqnozlaşdırılır.

Neftin bir barrelinin dünya bazarlarında qiyməti 2010-cu il üçün 45 dollar qəbul edilib.

Oktyabrın 16-na cari məzənnnə 0,803 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: : [email protected]

Xəbər lenti

Xəbər lenti