...

Xəzər dənizində qəzaya uğrayan quru yük gəmisi yoxlanıldıqdan sonra işini davam etdirəcək – Azərbaycanın Dəniz Administrasiyası

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2009 15:21 (UTC +04:00)
Xəzər dənizində qəzaya uğrayan və azərbaycanlı mütəxəssislər tərəfindən xilas edilən "Fili" quru yük gəmisinin Azərbaycanda Rusiya Gəmiçiliyi Dəniz Reyestrinin Təsnifat Cəmiyyəti tərəfindən gəmiçilik təhlükəsizliyi və beynəlxalq konvensiya tələblərinə uyğun olaraq yoxlanılmasına dair müvafiq tədbirlərdən sonra nəzərdə tutulan plan üzrə işlərinə davam edə bilər.
Xəzər dənizində qəzaya uğrayan quru yük gəmisi yoxlanıldıqdan sonra işini davam etdirəcək – Azərbaycanın Dəniz Administrasiyası

Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir S.Əliyev/

Xəzər dənizində qəzaya uğrayan və azərbaycanlı mütəxəssislər tərəfindən xilas edilən "Fili" quru yük gəmisinin Azərbaycanda Rusiya Gəmiçiliyi Dəniz Reyestrinin Təsnifat Cəmiyyəti tərəfindən gəmiçilik təhlükəsizliyi və beynəlxalq konvensiya tələblərinə uyğun olaraq yoxlanılmasına dair müvafiq tədbirlərdən sonra nəzərdə tutulan plan üzrə işlərinə davam edə bilər. Bu barədə çərşənbə günü Azərbaycanın Dövlət Dəniz Administrasiyasının sədr müavini Namiq Ağamalıyev bildirib.

Hazırda gəmi Bakıya gətirilib. Mütəxəssislər qəzanın səbəblərini öyrənir, bundan sonra gəminin zədələnmiş konstruksiyaları, avadanlıq və mexanizmlərinin təmiri həyata keçiriləcək.

Rusiya bayrağı altında üzən və Rusiyanın "Vaqna Şippinq" şirkətinə məxsus olan "Fili" gəmisi ARDNŞ-nin Xəzər Dəniz Neft Donanmasının liman bazasına gətirilib.

Oktyabrın 26-da gəmi Xəzər dənizində Andrievski bankı rayonunda qəzaya uğrayıb. Bazar ertəsi saat 12:30-da Həştərxan limanının Dəniz Xilasetmə və Koordinasiya Mərkəzinin rəhbərliyi Azərbaycan tərəfinə yardım göstərilməsi xahişi ilə müraciət edib. "Fili" teploxodunun xilas edilməsi üçün qəza rayonuna təcili olaraq Azərbaycan donanmasının iki gəmisi - teploxod "Ayla" və "Avior" göndərilib.

Gəmidə qəzanın ilkin səbəbi güclü fırtına nəticəsində rumpel və maşın şöbələrinin batması, buna görə də gəmidə elektrik cərəyanının kəsilməsi və idarəetmənin itirilməsidir.

Rusiya gəmisinin göyərtəsində 1700 ton həcmində yük var ki, onun da 1300 tonu polad tədarükü, 400 tonu isə kağızdır. "Fili" gəmisi İranın Nouşehr limanı istiqamətində üzürmüş.

Rusiya gəmisinin 11 ekipaj üzvü arasında həlak olan və ya xəsarət alan yoxdur.

Ötən ilin sonunda analoji səbəblərdən qəza baş verib və Azərbaycan xilasediciləri tərəfindən Rusiyanın "Sarmat" gəmisi xilas edilib. Bakıda təmir edildikdən sonra gəmi hərəkətini davam etdirib, bundan öncə isə Rusiyanın gəmi sahibinin Azərbaycan mütəxəssisləri tərəfindən göstərilən xidmətlərin ödənilməsi məsələsi üzrə məhkəmə istintaqı olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti