...

BVF-in növbəti missiyası Gürcüstanda öz işinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2009 13:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/

Beynəlxalq Valyuta Fondunun (IMF) növbəti missiyası Gürcüstana gəlib. Gürcüstanın valyuta fondu nümayəndəliyindən bildirildiyi kimi, missiya Gürcüstanda iki həftə ərzində olacaq və IMF proqramının gedişini qiymətləndirəcək.

Missiya nümayəndələri Gürcüstan hökumətinin nümayəndələri ilə görüşəcək, həmçinin Gürcüstan üçün növbəti tranşın ayrılması məsələsini nəzərdən keçirəcəklər.

Tranşın ayrılmasına dair müsbət qərar verildiyi halda Gürcüstan təxminən 70 milyon ABŞ dolları alacaq.

BVF-in 94Ş6 milyon SDR həcmində sonuncu tranşını Gürcüstan cari ilin sentyabr ayında alıb. Məbləğin yarısı büdcə kəsirinin ödənilməsinə, bir hissəsi isə valyuta ehtiyatlarının ödənilməsinə istifadə olunub.

Cari ilin avqust ayında Beynəlxalq Valyuta Fondu Stand-By Arrangement proqramı çərçivəsində Gürcüstan üçün təsdiqlənmiş 477,1 milyon SDR həcmində yardımı 270 milyon SDR artırıb.

Gürcüstan artıq valyuta fondundan bir neçə tranş əldə edib.

Xəbər lenti

Xəbər lenti