...

Azərbaycanda bir tondan çox istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2009 17:57 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin apardığı növbəti monitorinqlər zamanı pərakəndə ticarət obyektlərindən bir tondan çox istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib.
Azərbaycanda bir tondan çox istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin apardığı növbəti monitorinqlər zamanı pərakəndə ticarət obyektlərindən bir tondan çox istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirlikdən cümə axşamı yayılan məlumatda deyilir.

Monitorinqlər Bakının Xətai, Binəqədi, Nəsimi rayonlarında, həmçinin Gəncə, Sumqayıt və Qusar şəhərlərində aparılıb.

Ticarət obyektlərində vaxtı keçmiş kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər, pivə, uşaq yeməkləri, balıq və balıq məhsulları satışdan çıxarılıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib.

Ümumiyyətlə, Azərbaycan Prezidentinin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsinə dair 17 may 2009-cu il tarixli sərəncamından sonra 53 hüquqi şəxsə 199,1 min manat, 507 fiziki şəxsə siə 790,3 min manat cərimə tətbiq edilib.

Monitprinqlər davam edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti