...

ARDNŞ ilk dəfə olaraq texnoloji platformanın inşasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2009 18:21 (UTC +04:00)
Yeni platformanın tikilməsində məqsəd ARDNŞ-nin şəxsi vəsaitləri hesabına işlətdiyi "Günəşli" yatağının hasilat səviyyəsinin sabit saxlanmasıdır.
ARDNŞ ilk dəfə olaraq texnoloji platformanın inşasına başlayıb

Azərbaycan, Bakı, 06 noyabr / Trend /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilk dəfə texnoloji platformanın inşasına başlayıb. Bu barədə şirkətin məlumatında deyilir. Yeni platformanın tikilməsində məqsəd ARDNŞ-nin şəxsi vəsaitləri hesabına işlətdiyi "Günəşli" yatağının hasilat səviyyəsinin sabit saxlanmasıdır. Platformanın 2011-ci ildə istismara veriləcəyi planlaşdırılır.

Platforma "Günəşli" yatağında suyun 90-92 metr dərinliyində və "Günəşli-4" platformasından 50 metr məsafədə tilkiləcək. Platformaları piyada körpüsü birləşdirəcək.

Layihəyə müvafiq olaraq, sosial infrastrukturlar - yaşayış bloku, yeməkxana, ehtiyat qazma və vertalyot meydançası hər iki plaftforma üçün ümumi olacaq.

Yeni platformanın yuxarı hissəsi texniki xidmət göstərəcək, burada 8 maşından ibarət olan qaz-lift stansiyası quraşdırılacaq. Stansiyanın köməyi ilə qaz 125 atmosfer təzyiqi altında sıxılaraq laylara vurulacaq.

Bu yataqdan olan hasilatın əsas həcmi qaz-lift metodu ilə həyata keçiriləcək.

Platforma iki blokdan ibarət olacaq. Ağırlığı 2100 ton, hündürlüyü isə 101 metr olan birinci blok Heydər Əliyev adına Dərin Özüllər Zavodunda inşa olunur. İlin sonunadək tikintinin başa çatdırılaraq dənizə göndərilməsi planlaşdırılır. İkinci blokun çəkisi 3000 tondur. Bu blok "Neft-QazTikinti" Trestində ötən əsrin 90-cı illərində hazırlanmış, lakin istifadə olunmamış "Günəşli-20" platforması əsasında inşa edilir. Blok artıq bütünlüklə restavrasiya olunub, birləşmə hissələri yenidən qaynaq edilib.

Blokların dənizə nəql edilməsi və quraşdırılması 2010-cu ilin yanvar-fevral aylarında planlaşdırılır. Tikilinin yuxarı hissəsi - kompressor stansiyası və bütün sənaye infrastrukturu - xaricdə layihələndiriləcək və hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti