...

Özbəkistanın Baş naziri respublikada A/H1N1/ virusunun yayılmasının qarşısının alınması üzrə tədbirləri gücləndirməyi tələb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Noyabr 2009 11:33 (UTC +04:00)
Özbəkistanın Baş Naziri Şəvkət Mirziyayev müvafiq naizlik və idarələrdən respublikada A/H1N1/ virusunun yayılmasının qarşısının alınması üzrə tədbirləri gücləndirməyi tələb edib, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Özbəkistanın Baş naziri respublikada A/H1N1/ virusunun yayılmasının qarşısının alınması üzrə tədbirləri gücləndirməyi tələb edib

Özbəkistan, Daşkənd, 09 noyabr / Trend , müxbir D.Əzizov /

Özbəkistanın Baş Naziri Şəvkət Mirziyayev müvafiq naizlik və idarələrdən respublikada A/H1N1/ virusunun yayılmasının qarşısının alınması üzrə tədbirləri gücləndirməyi tələb edib, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Özbəkistana qonşu olan ölkələrdə А/H1N1/ qripi xəstəliyi ilə bağlı epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq Baş nazir Respublika Fövqəladə Epidemiya Əleyihə Komissiya-nın növbədənkənar iclasını keçirib. İclas zamanı görülən tədbirlərin gücləndirilməsi üzrə göstərişlər verilib.

Baş nazir əlavə olaraq tibb müəssisələrini lazımi diaqnostika avadanlıqları ilə təchiz etmək, əhaliyə xidmət edən təşkilatlarda müdafiə maskalarının məcburi taxılmasını tətbiq etmək, uşaq və təhsil müəssisələrində profilaktik tədbirləri gücləndirməyi tapşırıb.

Hazırda Respublikanın Səhiyyə Nazirliyinin Virusologiya Elmi-Tədqiqat İnstitutu yanında virusologiya laboratoriyası yaradılıb. Sözügedən laboratoriya A/H1N1/ virusunun aşkar edilməsi üçün diaqnostika avadanlıqları ilə təchiz olunub. Bundan savayı, respublikanın beş vilayət mərkəzində regional virusologiya laboratoriyaları yaradılıb. Bütün vilayət klinikaları kifayət həcmdə lazımi müalicə və KRVİ (kəskin respirator virus infeksiyası) profolaktikası vasitələri , həmçinin "Tamifliya" preparatları ilə təmin edilib.

Bundan başqa, ölkənin bütün beynəlxalq aeroportlarında tibbi və sanitar nəzarət məntəqələri təşkil olunub, sözügedən məntəqələr lazımi tibb avadanlıqları, dərman vasitələri ilə təchiz olunub. Sanitar həkimlər epidemioloji təhlükəsizlik məqsədilə ölkəyə gələn sərnişinlərin səhhətini, gətirilən ərzaq məhsullarının və digər məhsulların keyfiyyətini yoxlayır. Lazım gəldikdə, ölkəyə gələnlərə tibbi yardım göstərilir, infeksiya xəstəlikləri aşkar olunduğu halda onların yayılmasının qarşısının alınması üzrə tədbirlər görülür.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, hazırda Özbəkistanda heç bir А /H1N1/ virusuna yoluxma halı qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti