...

Azərbaycanın daha bir sığorta şirkəti İpoteka Fondunun agentləri siyahısına daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2009 12:00 (UTC +04:00)
Azərbaycanın iri sığorta şirkətlərindən biri olan "A-Group" oktyabr ayından Azərbaycan İpoteka Fondunun tam səlahiyyətli üzvü olub. Bu barədə cümə axşamı şirkət tərəfindən yayılan məlumatda deyilir.
Azərbaycanın daha bir sığorta şirkəti İpoteka Fondunun agentləri siyahısına daxil olub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 05 noyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın iri sığorta şirkətlərindən biri olan "A-Group" oktyabr ayından Azərbaycan İpoteka Fondunun tam səlahiyyətli üzvü olub. Bu barədə cümə axşamı şirkət tərəfindən yayılan məlumatda deyilir.

"A-Group" sığorta şirkəti dövlət ipoteka kreditləşməsi çərçivəsində fond standartları üzrə sığorta hüququ əldə edib", - məlumatda deyilir.

"A-Group" sığorta şirkəti sığortanın üç icbari və 14 könüllü növü üzrə xidmət göstərir. 2009-cu ilin üç rübü ərzində şirkətin sığorta haqlarının həcmi 5,67 milyon manat təşkil edib.

Azersigorta, Alfa Sigorta, Atasigorta, Atesgah Sigorta, Basak-İnam Sigorta, Beynelxalq Sigorta, MBASK, Pasa Sigorta, Standard İnsurance, Baki Sigorta şirkətləri də siyahıya daxildirlər.

Noyabrın 05-nə olan rəsmi məzənnə 0,8032 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti