...

Azərbaycanda A/H1N1 virusuna yoluxanların vəziyyəti qənaətbəxşdir - Gigiyena və Epidemiologiya Mərkəzi

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2009 16:07 (UTC +04:00)
Azərbaycanda A/H1N1 virusuna yoluxan bütün xəstələrin vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. Bu barədə çərşənbə günü Azərbaycanın Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksion xəstəliklər şöbəsinin müdiri Elmira Əliyeva bildirib.
Azərbaycanda A/H1N1 virusuna yoluxanların vəziyyəti qənaətbəxşdir - Gigiyena və Epidemiologiya Mərkəzi

Azərbaycan, Bakı, 11 noyabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycanda A/H1N1 virusuna yoluxan bütün xəstələrin vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. Bu barədə çərşənbə günü Azərbaycanın Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksion xəstəliklər şöbəsinin müdiri Elmira Əliyeva bildirib.

"Hazırda ölkədə A/H1N1 virusuna 14 yoluxma halı qeydə alınıb, onların böyük əksəriyyətini digər ölkələrdən gələn Azərbaycan vətəndaşları və bir Böyük Britaniya vətəndaşı təşkil edir. Bütün xəstələrin vəziyyəti qənaətbəxşdir", - Əliyeva qeyd edib.

Onun sözlərinə görə, uşaqlar arasında xəstələnmə halları aşkar olunarsa, onlar 7 nömrəli infeksion poliklinikaya, böyüklər isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndəriləcəklər. Bu tibbi müəssisələrdə hazırda virusa yoluxanların bəzilərinin müalicəsi davam edir, bəziləri isə tibb personalının nəzarəti altında ambulator müalicə keçir.

"Bu xəstəlik hava-damcı yolu ilə keçdiyi üçün vitaminterapiya və orqanizmin möhkəmləndirilməsi ilə xəstəliyə tutulma hallarını aradan qaldırmaq mümkündür, bu zaman respirator maskalarının istifadəsi vacib deyil, belə ki, ölkəmizdə epidemiya müşahidə edilmir", - Əliyeva bildirib.

Onun sözlərinə görə, xəstələrin yaşadıqları evlərdə dezinfeksiya işləri görülüb.

Azərbaycan Səhiyyə Nazirliyinin tərkibinə daxil olan bütün tibb müəssisələri ölkəyə "donuz qripi" - A/H1N1 virusunun daxil olması səbəbindən gücləndirilmiş iş rejiminə keçiblər. Nazirlik ölkə üzrə bütün tibb personalına müəssisələrdə profilaftik təbdirlərin keçirilməsini və hər bir yerli poliklinikada qeydiyyatda olan şəxslərin ərazi üzrə yoxlanmasını tapşırıb.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan üçün pulsuz ayrılan virus əleyhinə vakisinlərin ilk partiyası noyabrın sonunda gətiriləcək. Vaksinləmə risk qrupuna daxil olan şəxslər arasında aparılacaq

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti