...

Azərbaycandan Rusiyaya gedən dəmiryol qatarlarının cədvəlində gecikmə gözlənilmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2009 17:35 (UTC +04:00)
Tümen-Bakı marşrutu ilə hərəkət edən dəmiryol qatarları artıq Azərbaycan-Rusiya sərhədini keçib və hazırda Azərbaycan ərazisi üzrə Bakı istiqamətində hərəkət edir. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Dağıstan ərazisindəki dəmiryol xətlərində baş verən partlayış xəbərini şərh edərkən deyib.
Azərbaycandan Rusiyaya gedən dəmiryol qatarlarının cədvəlində gecikmə gözlənilmir

Azərbaycan, Bakı, 13 noyabr / Trend , müxbir E.İsmayılov/

Tümen-Bakı marşrutu ilə hərəkət edən dəmiryol qatarları artıq Azərbaycan-Rusiya sərhədini keçib və hazırda Azərbaycan ərazisi üzrə Bakı istiqamətində hərəkət edir. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Dağıstan ərazisindəki dəmiryol xətlərində baş verən partlayış xəbərini şərh edərkən deyib.

Bir müddət əvvəl RİA Novosti agentliyinin verdiyi məlumata görə, cümə günü Dağıstanın dəmiryollarında partlayıcı qurğu quraşdırılıb. Dağıstandakı dəmiryolda səhər aşkar edilən partlayıcı qurğu minaaxtaranlar gələnədək partlayıb. Partlayış nəticəsində xəsarət alan olmayıb. Zədələnmiş dəmiryol xətləri bərpa edilir. Onun sözlərinə görə, Federal Təhlükəsizlik Xidmətinin istehkamçıları partlayış rayonunda ikinci partlayıcı qurğunun olub-olmamasını yoxlayırlar.

"Bizə yalnız Tümen-Bakı qatarının artıq bu sahədən keçdiyi və hazırda Azərbaycan ərazisi üzrə hərəkət etdiyi barədə məlumat verilib", - Əzməmmədov deyib.

Onun sözlərinə görə, Dağıstan ərazisində baş verən hadisə barədə heç bir informasiya təqdim edilməyib.

"Cədvələ müvafiq olaraq, Tümen-Bakı qatarı yerli vaxtla saat 20:00-da Bakıda olacaq", - Əzməmmədov deyib.

"Cədvələ müvafiq olaraq, Bakı vaxtı ilə saat 15:50-də Bakı-Tümen qatarı, saat 18:50-də isə Bakı-Moskva qatarı yola düşəcək", - o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti