Azərbaycan, Bakı, 13 noyabr/ Trend /
"Azərbaycan Hava Yolları" QSC (AZAL) noyabr ayının 27-dən etibarən Bakı-Gəncə relsi üzrə uçuşları bərpa edəcək. Bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli cümə günü deyib.
Onun sözlərinə görə, reyslər bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcək. Bir biletin axır qiyməti 56 manatdır. Biletləri SW Travel şirkətinin kassalarından (kassaların telefon nömrələri: 493 4004 və 493 7121) və Heydər Əliyev adına Beynəlxalq hava limanından əldə etmək olar.