...

Azərbaycanın sığorta şirkəti "Qarant Sığorta" avtomobil sığortası üzrə yeni kampaniya elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2009 15:32 (UTC +04:00)
Azərbaycanın sığorta bazarında yeni məhsulları ilə fərqlənən "Qarant Sığorta" şirkəti yeni kampaniyanın başlanmasını elan edir.
Azərbaycanın sığorta şirkəti "Qarant Sığorta" avtomobil sığortası üzrə yeni kampaniya elan edir

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın sığorta bazarında yeni məhsulları ilə fərqlənən "Qarant Sığorta" şirkəti yeni kampaniyanın başlanmasını elan edir. Bu barədə çərşənbə günü yayılan məlumatda deyilir.

Kampaniyanın şərtlərinə əsasən, öz avtomobilini "Qarant Sığorta"da Qarant Avto proqramı üzrə sığortalamış hər bir vətəndaş Qarant Ev proqramı üzrə əmlakın sığortalanmasında 20% güzəşt əldə etmiş olur. Kampaniya cari ilin dekabrın 1-dən növbəti ilin martın 31-dək davam edəcək.

Qarant Avto məhsulu cari ilin oktyabr ayının əvvəlində "Qarant Sığorta" şirkəti tərəfindən təqdim edilmiş və qısa zaman ərzində müştərilər arasında məşhurlaşmışdır.

Qarant Avto Azərbaycanın sığorta bazarında analoqu olmayan bir məhsuldur. Bu məhsulun unikallığı ondan ibarətdir ki, istənilən şəxs yarı qiymətə öz avtomobilini bütün təhlükələrdən sığortalaya bilər. Müştəri, avtomobilini sığortaladığı anda sığorta mükafatının yalnız 50%-ni ödəyəcək, digər hissəsi isə sığorta hadisəsinə görə ilk sığorta ödənişı alındıqda ödəniləcək. Bu məhsula əsasən, avtomobili "Qarant Sığorta"da bütün təhlükələrdən yarı qiymətə sığortalamaq olar. Beləliklə, təcrübəli sürücülər KASKO-nun dəyərindən 50% qənaət edə biləcəklər.

Qarant Ev proqramı üzrə mənzillərin sığortalanması da öz unikallığı ilə seçilir. Mənzil sahibləri cəmi 150 manat ödəməklə əmlakın sığortalanması haqqında şəhadətnamə ala biləcəklər. Bu sənəd mənzilin 100 min manat məbləğində sığortalanmasından, həmçinin üçüncü şəxs qarşısında cavabdehliyin 10 min manat məbləğində sığortalanmasından xəbər verir.

Mənzil sığortalanması üzrə "Qarant Ev" proqramının üstünlüklərindən biri sığortalanma prosesinin maksimal dərəcədə sadəliyindən və operativliyindən ibarətdir. Bunun üçün hətta sığortalanan mənzilin baxışı tələb olunmur.

"Qarant Sığorta" Azərbaycanın ən cavan sığorta şirkətidir. Şirkətin nizamnamə kapitalının həcmi 4 milyon manat təşkil edir.

Noyabrın 25-nə olan rəsmi məzənnə 0,8025 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti