...

Bakı məktəblərində yeməkxana və bufetlərin fəaliyyəti üzrə monitorinqlər başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2009 14:10 (UTC +04:00)
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti bu həftədən etibarən Bakı şəhərinin orta ümumtəhsil məktəblərində yeməkxana və bufetlərin fəaliyyəti üzrə monitorinqlər keçirməyə başlayıb, nazirliyin cümə axşamı yayılan məlumatında bildirilib.
Bakı məktəblərində yeməkxana və bufetlərin fəaliyyəti üzrə monitorinqlər başlayıb

Azərbaycan, Bakı, 3 dekabr / Trend , müxbir N. İsmayılova/

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti bu həftədən etibarən Bakı şəhərinin orta ümumtəhsil məktəblərində yeməkxana və bufetlərin fəaliyyəti üzrə monitorinqlər keçirməyə başlayıb, nazirliyin cümə axşamı yayılan məlumatında bildirilib.

"Monitorinqlərin əsas məqsədi məktəblilərin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təmin edilməsidir", - məlumatda bildirilib.

Dövlət Xidməti həmçinin şəhərin ticarət məntəqələrində sertifikatlaşdırılmamış qaz sobalarının aşkar edilməsi üzrə nəzarət tədbirlərinə başlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti