...

Bakının ticarət obyektlərində vaxtı ötmüş qarabaşaq aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2010 20:20 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakının Xətayi rayonu ərazizində olan pərakəndə ticarət obyektlərindən təxminən 100 kiloqram vaxtı ötmüş ərzaq məhsulu satışdan çıxarıb.
Bakının ticarət obyektlərində vaxtı ötmüş qarabaşaq aşkar olunub

Azərbaycan, Bakı, 21 yanvar / Trend /

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakının Xətayi rayonu ərazizində olan pərakəndə ticarət obyektlərindən təxminən 100 kiloqram vaxtı ötmüş ərzaq məhsulu satışdan çıxarıb. Bu barədə Nazirliyin cümə axşamı yayılmış məlumatında deyilir. Satışdan çıxarılan məhsullar arasında kolbasa və qənnadı məmulatları, yağ, makaron məhsulları, süd və süd məhsulları, pivə, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, sirkə, tomat pastası, sular, kofe, çay və s. var.

Qanun pozuntusuna yol vermiş fiziki və hüquqi şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Dövlət Xidməti istehlakçıları məhsul alarkən, alınan məhsulun etiketinə və saxlama müddətinə diqqət yetirməyə çağırır. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti