...

FESCO Azərbaycan banklarında əmək haqlarını təhlil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2010 16:08 (UTC +04:00)

Bakı, Azərbaycan, 30 yanvar / Trend /

Tibbi sığorta, orta aylıq limiti 40 manat olan mobil rabitə, faiz dərəcəsi 17" olan güzəştli kreditləşmə Azərbaycan banklarının əməkldaşları üçün ən geniş yayılmış güzəştlərdir. Bu məlumatı bank sektoru üçün 2009-cu ildə əmək haqları və kompensasiyalar haqda bazar məlumatını təhlil edən Azərbaycanın FESCO şirkəti verib.

FESCO şirkətinin UniBank, Pasha Bank, Rabitabank, AFB Bank, Parabank-ın dəstəyi ilə aparılan araşdırmalara əsasən orta hesabla bankların 80%-i əmək haqlarına müntəzəm şəkildə yenidən baxır. Onlardan yarısı əmək haqqını inflyasiya dərəcədinə görə indeksləşdirir.

"Bankların böyük əksəriyyəti yenidən baxış zamanı təkcə əməkdaşların fərdi nəticələrini, yox həm də əmək haqlarının orta bazar dəyişiklilərini hesaba alırlar", FESCO şirkəti tərəfindən yayılan məlumatda deyilir.

Şirkətin direktoru İlyas Əfəndi belə hesab edir ki, milli iqtisadiyyatın özəl sektorunun inkişaf tendensiyası menecmentliyin bütün vasitələrinin möhkəmlənməsinin zəruriliyini tələb edir. Onların arasında insan resurslarının idarə edilməsi ayrılmaz hissəni tutur.

Xəbər lenti

Xəbər lenti