...

Azərbaycanın Sahibkarlığa Yardım Milli Fondu uşaq qidası istehsalının təşkili üzrə layihənin maliyyələşdirilməsinə dair müsabiqə elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2010 13:21 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin nəzdindəki Azərbaycanda Sahibkarlığa Yardım Milli Fondu ölkə əhalisinin 2008- 2015-ci illərdə qida məhsulları ilə etibarlı təmini ilə bağlı dövlət proqramı çərçivəsində uşaq qidasının istehsalının təşkili üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflər dəsti qəbuluna dair müsabiqə elan edib.
Azərbaycanın Sahibkarlığa Yardım Milli Fondu uşaq qidası istehsalının təşkili üzrə layihənin maliyyələşdirilməsinə dair müsabiqə elan edib

Azərbaycan, Bakı, 30 yanvar / Trend , müxbir İ.İsmayılov/

İqtisadi İnkişaf Nazirliyinin nəzdindəki Azərbaycanda Sahibkarlığa Yardım Milli Fondu ölkə əhalisinin 2008- 2015-ci illərdə qida məhsulları ilə etibarlı təmini ilə bağlı dövlət proqramı çərçivəsində uşaq qidasının istehsalının təşkili üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflər dəsti qəbuluna dair müsabiqə elan edib.

İnvestisiya müsabiqəsinin tələbləri aşağıdakılardır: investisiya layihəsi uşaq qidasının müxtəlif növlərinin istehsalını nəzərdə tutmalıdır, istehsalat obyektinin tikintisi üçün ayrılan ərazi əlverişli infrastruktura malik olmalıdır, müəssisədə istehsal zamanı müasir standart və tələblərə cavab verən texnologiyalar olmalıdır, istehsal prosesi yüksək səviyyəli göstəriciləri təmin etməlidir, müasir laboratoriya yaradılmalıdır. İnvestisiya layihəsi optimal müddətə reallaşmalıdır. Həyata keçirilən fəaliyyət, həmçinin, tikinti-montaj işləri, telekommunikasiya xətlərinə qoşulma müəyyən dövlət strukturları ilə razılaşdırılmalıdır. İnvestisiya layihəsinin dəyərinin ən azı 30 faizi sahibkarlıq subyektinin şəxsi vəsaiti hesabına maliyyələşdirilməlidir.

İnvestisiya layihəsinin maliyyələşdirilməsində tərəflərin razılığı əsasında Azərbaycan investisiya şirkəti və ya onun törəmə strukturunun da payı ola bilər.

Sahibkarlıq subyektləri ilk növbədə səlahiyyətli kredit təşkilatlarına müraciət etməlidir. Kredit təşkilatları tərəfindən investisiya layihəsinin maliyyələşdirilməsinə dair müsbət qərar qəbul edildiyi təqdirdə o, SDMF-a 2010-cu ilin aprelin 1-i saat 18:00-a kimi təqdim edilməlidir.

İnvestisiya təklifləri olan zərflər 2010-cu ilin aprelin 2-də saat 12:00-da İqtisadi İnkişaf Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda açılacaq.

İnvestisiya müsabiqəsinin qalibi 2010-cu ilin aprelin 15-də saat 12:00-da elan olunacaq.

Xəbər lenti

Xəbər lenti