...

Bank VTB (Azərbaycan) avtokredit proqramının reallaşdırılmasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2010 20:25 (UTC +04:00)
Bank VTB (Azərbaycan) müştərilər üçün sərfəli faiz dərəcələri ilə avtokredit proqramının həyata keçirilməsinə başlayıb.
Bank VTB (Azərbaycan) avtokredit proqramının reallaşdırılmasına başlayıb

Azərbaycan, Bakı, 22 fevral / Trend /

Bank VTB (Azərbaycan) müştərilər üçün sərfəli faiz dərəcələri ilə avtokredit proqramının həyata keçirilməsinə başlayıb. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında deyilir.

Fevralın 22-dən başlayaraq hər bir müştəri yeni avtomobil almaq üçün bankdan kredit ala bilər. Kreditin müddəti 12 aydan 48 aya qədərdir. Avtokreditin faiz dərəcələri əmanətin başlanğıc məbləğindən asılı olaraq 19%-dən başlayır. Kreditlər Azərbaycan manatı ilə verilir. Kreditin maksimal mümkün məbləği 50 000 (əlli min) manat həcmində müəyyən edilib, minimal başlanğıc ödəniş isə avtomobilin dəyərinin 20%-ni təşkil edir. Kreditin təminatı qismində alınan avtomobil götürülür, kreditin ödənilməsi eyni həcmli məbləğdə aylıq olaraq həyata keçirilir.

"Bankın avtokreditlərinin unikallığı müştərilərə sığorta məbləğinin kreditləşdirilməsi imkanının verilməsidir", - Bank VTB (Azərbaycan) ASC-nin Pərakəndə biznes idarəsinin rəisi Fazil Abbasov bildirib.

Onun sözlərinə görə, kredit alan şəxsdən tələb olunan sənədlər şəxsiyyət vəsiqəsi və iş yerindən arayışdır. Sənədlərin qəbulu və işlənməsi, qərarın qəbulu və kreditin verilməsi bankın kredit mütəxəssisləri tərəfindən 1 gün müddətində həyata keçirilir.

"Əminəm ki, sərfəli faizlər, etibarlı, ən əsası, rəsmi dilerlərin seçilməsi sayəsində avtokreditlər Bank VTB-də populyar kredit məhsullarından birinə çevriləcəkdir", - Abbasov deyib.

Hazırda VTB Bank (Azərbaycan) ASC-nin səhmlərinin 51 faizi Rusiyanın VTB Bank ASC-nə, 49 faizi isə Azərbaycan Respublikasının rezidentinə məxsusdur. Bugünkü günə Bank VTB (Azərbaycan) ASC-nin aktivləri 30,637,095.12 AZN təşkil edir.

Fevralın 22-nə olan rəsmi məzənnə 0,8033AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti