Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir Ü.Sadıqova/
Fələstin hesab edir ki, iqtisadi əlaqələrin nizamlanmasının müzakirəsi üçün azərbaycanlı biznesmenlərlə birgə görüşlər keçirilməlidir. Fələstinin Özbəkistana, həmçinin Azərbaycana akkreditə olunmuş səfiri hesab edir.
"Fələstinli biznesmenlər çox şey təklif edə bilərlər. Burada Fələstin biznesmenlərinin biznesə başlaya bilməsi üçün ticarət palataları, biznesmenlər üçün bəzi birgə konfransların keçrilməsi vacibdir ", - səfir Əsəd əl-Əsəd bildirib.
Onun sözlərinə əsasən Bakıda səfirliyin açılması Azərbaycanla nəinki siyasi, həm də iqtisadi münasibətlərin, əmtəə dövriyyəsinin artırılmasına kömək edəcək.
"Biz ölkələr və xalqlar arsında bu münasibətlərin inkişafına ümid edirik", - səfir bildirib.