...

Azərbaycan ərazisindən yüklərin tranziti 50 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Mart 2010 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 mart / Trend /

Azərbaycan Gömrük Komitəsinin məlumatına əsasən, yanvar-fevral aylarında nəqliyyat vəsaitləri ilə 6,627 milyon ton yük daşınıb ki, bu da 2009-cu ilin yanvar-fevral ayları ilə müqayisədə 12,8% çoxdur. Bu dövr ərzində yüklərin ixracı 5,7 milyon ton, idxalı isə təqribən bir milyon ton təşkil edib.

Bu dövrdə dəniz nəqliyyatı ilə 45,6 min ton, dəmiryolla 451,3 milyon ton, avtomobillə 80,7 min ton, hava ilə 86,2 milyon ton yük ixrac olunub, boru kəmərləri ilə daşınma isə 5 milyon ton təşkil edib.

Dəniz nəqliyyatı ilə 63,3 min ton, dəmiryolla 687,6 min ton, avtomobil nəqliyyatı ilə 199,8 min ton və hava ilə 2,3 min ton yük idxal olunub.

Azərbaycan ərazisindən tranzit yolu ilə yanvar-fevral ayları ərzində 1,42 milyon yük danışıb ki, bu da 2009-cu ilin analoji dövründəki göstəricidən 50,6% və ya 478,2 min ton çoxdur.

Azərbaycandan tranzitlə Bermud adalarına 581 min ton, İsveçrəyə 273,4 min ton, İtaliyaya 224,2 min ton, Gürcüstana 90,4 min ton, Tacikistana 52,9 min ton, İrana 46,8 min ton, Türkmənistana 41,2 min ton, Rusiyaya 38,8 min ton, Əfqanıstana 34 min ton, Türkiyəyə isə 22,7 min ton yük daşınıb.

Xəbər lenti

Xəbər lenti