...

Azərbaycan bankı Parabank filial şəbəkələrini genişləndirməyi davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2010 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Azərbaycan bankı Parabank filial şəbəkələrini genişləndirməyi davam etdirir. Müştərilərin rahatlığını təmin etmək məqsədi ilə Bərdə, Şəki, Şirvan, Lənkəran və Lökbatanda filialların açılması planlaşdırılır. Bu barədə bankın cümə axşamı yayılan məlumatında deyilir.

"Bunun nəticəsində bankın filiallarının sayı 20-yə çatacaq", - məlumatda deyilir.

Bu filiallarda da fiziki və hüquqi şəxslərə geniş çeşiddə maliyyə xidmətləri - hesab-kassa xidmətləri, sərfəli şərtlərlə depozitlərin cəlb edilməsi, istehlak, o cümlədən avtokreditlər və biznes kreditlərinin verilməsi, VISA plastik kartları, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, Western Union, Contact, Migom, Privat Money, Bıstraya poçta, Caspian Money Transfer kimi beynəlxalq sistemlər vasitəsilə sürətli pulköçürmə və s. xidmətlər təqdim ediləcək.

Hazırda Parabank ASC ölkə regionlarında - Gəncə və Sumqayıt şəhərləri, Beyləqan, Quba və Ağcabədi rayonlarında 7 filial, həmçinin paytaxda 8 filial vasitəsilə göstərilən xidmətlərin həcminin artırılmasını davam etdirir.

Parabank 30 iyul 2007-ci ildən Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.

Xəbər lenti

Xəbər lenti