...

Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2010 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend/

BFB-də cümə axşamı Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək və hərraca 3 milyon manat həcmində istiqraz çıxarılacaq. Bu barədə AİF çərşənbə axşamı yayılan məlumatında deyilir.

İstiqrazlar cari qiymətlə (100,5958) satışa çıxarılacaq. İstiqrazların ilkin yerləşdirilməsində Mərkəzi Bank iştirak edəcək.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 2009-cu il dekabrın 30-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 milyon manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik 3,25% təşkil edir. İstiqrazların ödənmə tarixi - 11 dekabr 2019-cu ildir.

Bu istiqrazların yerləşdirilməsinə 2010-cu il fevralın 1-də başlanılıb və hərraca bu günədək 12 milyon manat həcmində istiqraz yerləşdirilmişdir.

Aprelin 6-na rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti