Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir N.İsmayılova/
2010-cu ildə Tatarıstan və Qaraçay-Çərkəz muxtar respublikaları, Moskva, Sankt Peterburq, Ulyanovsk və Həştərxan vilayətlərinin rəhbərlərinin Azərbaycana səfəri gözlənilir. Bunu Azərbaycan Nazirlər Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin rəhbəri Ayxan Cəfərov cümə axşamı deyib.
"Son illər Azərbaycana Dağıstan, Kabardin-Balkarıstan muxtar respublikalarının prezidentləri, Sankt Peterburq, Həştərxan, Kurqan, Tombov vilayətlərinin qubernatorları səfər edib. Aprelin sonunda Dağıstan Prezidenti və Stavropol vilayəti Qubernatorunun Azərbaycana səfəri gözlənilir", - Cəfərov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan və Rusiya Federasiyası subyektləri arasında qarşılıqlı anlaşmanı nizamlayan 71 sazişdən ibarət hüquqi baza formalaşdırılıb. Həmçinin, Stavropol diyarı və Ulyanovsk vilayəti ilə iqtisadi əməkdaşlıq üzrə sazişlər imzalanmağa hazırlanıb. Başqırdıstan, Dağıstan muxtar respublikaları, Rostov, Kemerov, Nijnı Novqorod, Leninqrad və Tambov vilayətləri ilə razılaşmalar müxtəlif mərhələlərdədir.
Ötən il Azərbaycandan Rusiyaya məhsul tədarükünün ümumi həcminin 48 faizi Dağıstanın payına düşüb. Azərbaycanla əmtəə dövriyyəsində ikinci yeri Moskva vilayəti (2009-cu ilə 150 milyon dollar), üçüncü yeri isə Stavropol diyarı tutur.