Gürcüstan, Tbilisi, 20 aprel /Trend, müxbir N.Kirsxaliya/
Bu gün Tbilisi hava limanından reyslər yalnız London və Münhen istiqamətində həyata keçirilməyib. Trend-ə Tbilisi aeroportu administrasiyasından məlumat verilib ki, digər istiqamətlərdə aviareyslər bərpa olunub.
Uçuşları xarici şirkətlər və Gürcüstanın "Airzena"sı həyata keçirir. Bu gün Paris istiqamətində təyyarə artıq yola düşüb.
Bunula belə, aerportda hazırkı vəziyyətin günün sonunadək dəyişməz olaraq davam edəcəyinə əmin deyillər.
Uçuşların dayandırılması İslandiyada vulkan püskürməsi ilə bağlıdır.