...

Avropa üzərində aviaəlaqənin dayandırılması regionun iqtisadiyyatına mühüm təsir göstərməyəcək - britaniyalı analitiklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2010 11:20 (UTC +04:00)
İslandiyada vulkan püskürməsi nəticəsində Avropanın böyük hissəsi üzərində aviaəlaqənin dayandırılması region ölkələrinin iqtisadiyyatına mühüm təsir göstərməyəcək. Britaniyanın iqtisadi araşdırmalar üzrə aparıcı konsaltinq şirkətlərindən biri olan "Capital Economics"in analitikləri belə hesab edirlər.
Avropa üzərində aviaəlaqənin dayandırılması regionun iqtisadiyyatına mühüm təsir göstərməyəcək - britaniyalı analitiklər

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir A.Bədəlova/

İslandiyada vulkan püskürməsi nəticəsində Avropanın böyük hissəsi üzərində aviaəlaqənin dayandırılması region ölkələrinin iqtisadiyyatına mühüm təsir göstərməyəcək. Britaniyanın iqtisadi araşdırmalar üzrə aparıcı konsaltinq şirkətlərindən biri olan "Capital Economics"in analitikləri belə hesab edirlər.

"Biz aviauçuşlara qadağaların qoyulmasının ilin ikinci rübündə Avropanın ən çox zərər çəkmiş yerlərində ÜDM-in 0,1 faizdən çox azalmasına səbəb olacağına şübhə edirik", - britaniyalı analitiklərin Trend-ə daxil olan məruzəsində deyilir.

Aprelin 14-də Eyyafyatlayokudl vulkanının püskürməsi nəhəng kül buludunun əmələ gəlməsinə səbəb olub ki, bu da 30-a yaxın ölkənin hava məkanında uçuşların ləğvinə və ya məhdudlaşdırılmasına səbəb olub. Avropa üzərində hava əlaqəsinin dayanması regionun iqtisadi bərpası perspektivləri ilə bağlı narahatlığın artmasına gətirib çıxarıb.

Hansısa müəyyən sektora zərər dəyəcəyi ilə bağlı şübhələr yoxdur, lakin region iqtisadiyyatına ümumi məhdud təsir olacaq, - britaniyalı analitiklər hesab edirlər.

Bu vəziyyətdə müəyyən dərəcədə zərərə məruz qalmış sektorlardan biri neft sektorudur. Avropada hava limanlarının əksəriyyətinin bağlanması ilə əlaqədar dünya bazarlarında neftin qiyməti həftənin əvvəlində aviasiya yanacağına tələbatın güclü azalması ilə bağlı treyderlərin narahatlığı fonunda bir barelə görə 81 dollardan az olub.

Britaniyalı analitiklər hazırkı vəziyyəti 2001-ci il 11 Sentyabr terror aktlarından sonra, ABŞ-ın hava məkanının üç gün bağlanması ilə müqayisə edirlər. Nəticədə, ilin üçüncü rübündə ABŞ iqtisadiyyatı 0,3 faiz endi, əvvəlki və sonuncu rüblərdə isə artım 0,7 və 0,4 faiz olmuşdu.

Bununla yanaşı, analitiklərin sözlərinə görə, həmin azalma bəzi amillərlə bağlı idi, onların bir çoxu daha mühüm idi, nəinki hava uçuşlarına qadağaların qoyulması.

Lakin britaniyalı analitiklər hesab edirlər ki, təsir az olacaq. Uçuşların ləğvi qatara, avtomobil və hətta taksi icarəsinə tələbatın atmasına gətirib çıxarıb.

Bununla belə, onlar hesab edirlər ki, vulkanın püskürməsi regionun ayrı-ayrı hissələrinə, əsasən, Cənubi Avropa iqtisadiyyatına daha çox maddi təsir göstərə bilər. "Əgər vaxtaşırı püskürmə yaxın aylarda uçuşların dayanmasına səbəb olarsa, bu, turistlərin yaxın məsafələrə səfərinə səbəb ola bilər. Bu, regionun digər ölkələrindən fərqli olaraq, müəyyən dərəcədə turizmdən asılı olan Yunanıstan, İspaniya və Portuqaliya üçün ağır olacaq", - analitiklər hesab edirlər.

Onların fikrincə, turistlərin sayının 10 faiz azalması bu il bu ölkələrin iqtisadiyyatında ÜDM-in 1 faiz azalmasına səbəb ola bilər.

Bu gün Avropa üzərində hava əlaqəsi tədricən bərpa olunur. Bazar ertəsi Avropa İttifaqının 27 ölkəsinin nəqliyyat nazirlərinin telekonfransında bəzi Avropa ölkələrində hava məkanının açılması barədə qərar qəbul olunub. Reyslər tədricən bərpa olunur. Regionda hava əlaqəsi cümə axşamına kimi tam bərpa olunacaq.

Xəbər lenti

Xəbər lenti