Azərbaycan, Bakı, 22 aprel/Trend müxbir Ü.İsmayılova/
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakı şəhəri Nəsimi rayonunda yerləşən fiziki şəxs V.Məmmədova məxsus müəssisədə çörək istehsalına qadağa qoyub. Bu barədə Dövlət Komitəsinin cümə axşamı yayılan məlumatında deyilir.
Monitorinq zamanı istehsal prosesində ciddi pozuntular, xüsusilə də müvafiq şəraitin yoxluğu, mənşəyi məlum olmayan duzun xammal qismində istifadəsi aşkar edilib", - məlumatda deyilir.
Monitorinqin nəticələrinə əsasən, müvafiq normativ-texniki sənədlərin, müvafiq sertifikatların, həmçinin, hazır məhsullarda laborator analizlərin olmaması aşkar edilib.
Aşkarlanmış pozuntular əsasında inzibati qaydada protokol tərtib olunub, müəssisənin rəhbərliyinə cərimə tətbiq edilib.