Gürcüstan, Tbilisi, 29 aprel /Trend, müxbir N.Kirsxaliya/
Azərbaycan iqtisadiyyatı 2009-cu ildə 9,3 faiz iqtisadi artıma nail olub. Bunu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Tbilisidə keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda deyib.
"Bu, qlobal maliyyə böhranının nəticələrinin aradan qaldırılması nəticəsində olub. Biz iqtisadi artım göstəricisinin bu il də yüksələcəyini gözləyirik ki, bu da iqtisadiyyatın canlanması ilə bağlıdır", - nazir bildirib.
Mustafayevin sözlərinə görə, ölkədə 2,5 milyon vətəndaş yoxsulluq həddini keçib.
"Buna ölkə əhalisinin gəlirlərinin 10 faiz artması yardım edib. Bu göstərici beynəlxalq təşkilatların hesabatlarında makroiqtisadi stabilliyin əldə edilməsi kimi öz əksini tapıb. Azərbaycan bu göstəriciyə görə ötən il dünyanın 143 ölkəsi arasında 51-ci yerdə qərarlaşıb, MDB məkanında isə aparıcı dövlət olub", - nazir qeyd edib.
Mustafayev deyib ki, Azərbaycan biznes mühitinin yaxşılaşdırılması istiqamətində işləri davam etdirir və iqtisadi artımın davam etdiriləcəyini hesablamaq üçün bütün əsaslar var.