...

Azərbaycanın regionlarında fermerlərə dəyən ziyanın əvəzi ödəniləcək - nazir İsmət Abbasov

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2010 14:34 (UTC +04:00)
Azərbaycanda baş vermiş daşqınlar nəticəsində kənd təsərrüfatı məhsullarının qiymətləri artmayacaq. Bu barədə kənd təsərrüfatı naziri İsmət Abbasov şənbə günü məlumat verib. "Ola bilsin, bəzi adamlar yaranmış vəziyyətdən qiymətlərin bahalaşması üçün istifadə edəcəklər", - nazir deyib.
Azərbaycanın regionlarında fermerlərə dəyən ziyanın əvəzi ödəniləcək - nazir İsmət Abbasov

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanda baş vermiş daşqınlar nəticəsində kənd təsərrüfatı məhsullarının qiymətləri artmayacaq. Bu barədə kənd təsərrüfatı naziri İsmət Abbasov şənbə günü məlumat verib. "Ola bilsin, bəzi adamlar yaranmış vəziyyətdən qiymətlərin bahalaşması üçün istifadə edəcəklər", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı məhsullarının qıtlığı da baş verməyəcək və gözlənilmir.

Daşqınlarla bağlı yaranan problemlərin aradan qaldırılmasından danışan nazir bildirib ki, taxıl istehsalçılarında ciddi problemlər mövcuddur; tərəvəz və bostan məhsullarının istehsalı ilə məşğul olan fermerlər isə yaxın bir neçə gün ərzində təkrar səpin prosesinə başlaya bilərlər.

Nazir deyib ki, daşqınlardan ziyan dəymiş bütün şəxslərə kompensasiyalar veriləcək. Kompensasiyaların məbləği dəyən ziyanın həcmi hesablandıqdan sonra müəyyən ediləcək. "Hətta şəxsi təsərrüfatına ziyan dəymiş şəxslərə də kompensasiyalar ödəniləcək", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti