Azərbaycan, Bakı, 13 may /Trend/
Nazirliyin verdiyi məlumata əsasən, Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Bakıda İsveçrə nümayəndə heyəti ilə görüşündə bildirib ki, Azərbaycan və İsveçrə arasında əmtəə dövriyyəsi 2009-cu ildə, təqribən, 26 faiz artmışdır.
Mayın 12-də Biznes Mərkəzində ölkənin energetika sahəsində fəaliyyət göstərən özəl şirkət nümayəndələrinin, Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan investisiya şirkətlərinin görüşü keçirilib.
Səfərovun sözlərinə görə, Azərbaycan Aİ ölkələri, o cümlədən, İsveçrə ilə əlaqələrin inkişafına çox önəmli qiymət verir. İsveçrə Azərbaycanın qeyri-neft sektoruna ən çox sərmayə qoyan ölkədir. Nazir müavini qeyd edib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində çox böyük potensial var və ondan istifadə edərək, bu əlaqəni daha da genişləndirmək olar.
Energetika üzrə İsveç Federal Ofisinin direktoru Valter Steynman iki ölkə arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsinə ümid bəslədiyini bildirib.