...

Azərbaycanda birja valyuta bazarının dövriyyəsi aprel ayı ərzində 34 milyon artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2010 14:39 (UTC +04:00)
Apreldə Bakı Banklararası Valyuta Birjasının valyuta bölməsində ticarətin yekunları üzrə ADV birja bazarının aparıcı operatorları - banklarının beşliyini müəyyən edib. Bu barədə birjanın çərşənbə axşamı yayılan məlumatında bildirilir.
Azərbaycanda birja valyuta bazarının dövriyyəsi aprel ayı ərzində 34 milyon artıb

Azərbaycan, Bakı, 01 iyun / Trend Capital/

Apreldə Bakı Banklararası Valyuta Birjasının valyuta bölməsində ticarətin yekunları üzrə ADV birja bazarının aparıcı operatorları - banklarının beşliyini müəyyən edib. Bu barədə birjanın çərşənbə axşamı yayılan məlumatında bildirilir.

Hərracların ümumi həcmində bağladıqları əqdlərin payına müvafiq olaraq, birja valyuta bazarının lider banklarına "ASB" Səhmdar-Kommersiya Bankı başçılıq edib. Təşkil olunmuş valyuta bazarının aparıcı dilerləri sırasına "AGBank", "PASHAbank", "Atabank" və "Zaminbank" daxil olub.

Buna müvafiq olaraq cari ilin mayında birja bazarının aparıcı operatorları olan bankların siyahısı aşağıda göstərilir:

Banklar

Ümumi həcmdən %-lə

"ASB"

49,98%

"AGBank"

12,84%

"PASHAbank"

12,66%

"Atabank"

8,32%

"Zaminbank"

6,77%

Bu məlumatda Azərbaycan Mərkəzi Bankının əqdləri nəzərə alınmır.

Ümumi hesabda cari ilin may ayında BBVB-nin valyuta bölməsindəki elektron hərraclarda 10 bank iştirak edib. Həmin dövrdə keçirilən 38 ticarət bölməsində 28 əqd qeydə alınıb. Hesabat ayında valyuta bölməsində UZD/AZN üzrə hərracların həcmi 27,655 mln manat və ya dollar ekvivalentində 34,415 mln təşkil edib.

Ticarətin elektron birja sistemində hər hərracın orta həcmi 1,229 milyon dollar təşkil etdiyi halda, USD/AZN üzrə orta günlük dövriyyə, təxminən, 1,811 milyon dollara çatıb.

Hesabat ayında birjada Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,04% azalıb - hər USD-yə görə 0,8034-dən 0,8037 AZN qədər. Nəticədə, milli valyutanın ABŞ dollarına nisbi ortaölçülü birja məzənnəsi may ayında 0,8036 bərabər olub, halbuki cari ilin aprel ayında bu göstərici 0,8034 AZN təşkil edirdi.

Xəbər lenti

Xəbər lenti