...

"АBB-Moskva" "Yay faizi" adlı yeni sərmayə növü yaradıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2010 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu olan "ABB-Moskva" 2010-cu il iyunun 1-dən yeni bir sərmayə növünün fəaliyyətinə təkan verib - "Yay faizi" (verilmə müddəti 12 aydır). Sərmayənin yenilikləri - artırılmış faiz dərəcələri, müştərilərə hədiyyələr, gəlirliliyi saxlamaqla müqavilənin vaxtından qabaq ləğv edilməsi imkanı. Bu barədə bankın çərşənbə günü yayılan məlumatında deyilir.

Bu sərmayə yatırımı növü üzrə pulların qəbulu 2010-cu il iyunun 1-dən avqustun 31-dək aparılır. Aksiya "Na Kutuzovskom" və "Qolovinskoe" əməliyyat xəzinələri istisna olmaqla, "АBB-Moskva"nın bütün xidmət ofislərində aparılır.

Ötən ilin yekunlarına görə, bankın depozit portfelinin həcmi 103 faiz artaraq 590 milyon rubl, fiziki şəxs olan müştərilərin vəsaitlərinin ümumi həcmi isə 88 faiz artaraq 726 milyon rubl təşkil edib.

"АBB-Moskva" Azərbaycan Beynəlxalq Bankının törəmə strukturudur, Rusiyada fəaliyyət göstərən ilk və yeganə yüzfaizlik Azərbaycan sərmayəsinə malik bankdır.

Xəbər lenti

Xəbər lenti