...

Azərbaycanın ParaBank-ı və DNS Computers şirkəti birgə əməkdaşlığa başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2010 17:01 (UTC +04:00)
Azərbaycanın ParaBank-ı DNS Computers şirkəti ilə birgə HP, Acer, Apple, Toshiba, Sony, Samsung və digər noutbukların əldə edilməsi üçün kreditin verilməsi üzrə sərfəli şərtlər təqdim edir.
Azərbaycanın ParaBank-ı və DNS Computers şirkəti birgə əməkdaşlığa başlayıb

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Azərbaycanın ParaBank-ı DNS Computers şirkəti ilə birgə HP, Acer, Apple, Toshiba, Sony, Samsung və digər noutbukların əldə edilməsi üçün kreditin verilməsi üzrə sərfəli şərtlər təqdim edir. Bu barədə bankın cümə axşamı yayılan məlumatında deyilir.

"Fəaliyyətimizin əsas istiqaməti müştərilərimizin kompüter avadanlığına və proqram təminatına olan tələbatlarının ödənilməsidir", - məlumatda deyilir.

Kreditlər minimum 5 nəfərdən ibarət olan təhsil sahəsində çalışan şəxslər qrupuna 1000 manata qədər məbləğdə verilir. Bu o deməkdir ki, kreditin məbləği əməkhaqqının altıqat məbləğindən çox ola bilməz.

İyunun 3-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti