...

Azərbaycan Sənaye Bankı "Xalq kompüteri" layihəsinə dəstək verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2010 20:20 (UTC +04:00)
Azərbaycan Sənaye Bankı (ASB) "Xalq kompüteri" layihəsinin maliyyələşdirilməsi məqsədilə layihənin operatoru olan Best Comp Group-la əməkdaşlığa başlayıb.
Azərbaycan Sənaye Bankı "Xalq kompüteri" layihəsinə dəstək verir

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Azərbaycan Sənaye Bankı (ASB) "Xalq kompüteri" layihəsinin maliyyələşdirilməsi məqsədilə layihənin operatoru olan Best Comp Group-la əməkdaşlığa başlayıb.

Layihəyə dəstək çərçivəsində maliyyə vəsaitləri Best Comp Group şirkəti tərəfindən təqdim olunub.

Layihə çərçivəsində təklif olunan kompüterlər orta təhsil müəssisələrinin müəllimləri üçün nəzərdə tutulub və faizsiz kredit şərti ilə 12 ay müddətinə bazar qiymətindən 25-40 faiz aşağı qiymətlərlə satılır. 2010-cu ildə layihənin digər məqsədli qruplar olan ali məktəblərin müəllimləri və tələbələr üçün genişləndirilməsi gözlənilir.

Layihə HP və Microsoft şirkətləri tərəfindən həyata keçirilir. Texnikanın tədarükçüsü rolunda Best Comp Group çıxış edir.

Keçən ilin əvvəlindən başlayaraq layihəyə kompüter texnikasının istehsalı ilə məşğul olan KÜR zavodu, antivirus proqramı təminatının işlənib hazırlanması ilə məşğul olan "Symantec" şirkəti cəlb olunub. "Symantec"in məhsulları alıcılara əlavə olaraq təklif olunur. "Symantec" şirkətinin məlumatına görə, layihənin növbəti mərhələsi çərçivəsində 2,5 mindən çox lisenziyalı antivirus proqramı realizə edilib.

Xəbər lenti

Xəbər lenti