...

İİB quruma üzv ölkələrin layihələrinin maliyyələşdirilməsi üçün 240 milyon dollardan artıq vəsaitin ayrılmasını təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2010 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İ.Xəlilova/

Bakıda İslam İnkişaf Bankının (İİB) prezidenti Əhməd Məhəmməd Əlinin sədrliyi altında keçirilən bankın İcraedici Direktorlar Qrupu Şurasının 268-ci sessiyasının illik iclasında banka üzv ölkələrin və İİB-yə üzv olmayan ölkələrin müsəlman cəmiyyətlərinin yeni layihələrinin maliyyələşdirilməsi üçün 241,4 milyon dollar vəsaitin ayrılması təsdiqlənib.

Bu vəsait Çad, İran, Mali, Seneqal, Burkina-Faso, Syerra-Leone, Toqo, Livan və Nigeriya kimi üzv ölkələrin yeni inkişaf layihələri üçün nəzərdə tutulub.

Eləcə də Burundiya, Həbəşistan, Qana, Hindistan, İsveç və Niderlanddakı texniki yardım layihələri üçün "Wagf" fondundan ümumi məbləği 2,044 milyon dollar həcmində qrantların ayrılması da təsdiqlənib.

İİB-nın prezidenti Türkiyənin "Kuwait Turkish Participation Bank"ına (KTRB) səhmdar kapitalın artırılmasında iştirak hüququna icazə verib və bu məqsəd üçün 18,2 milyon dollar ayırıb.

Şura, həmçinin, Tacikistanda baş vermiş daşqınların nəticələrinin aradan qaldırılması, Qırğızıstanda etnik qarşıdurmalardan və Nigeriyadakı ərzaq böhranından əziyyət çəkənlərə 3,4 milyon dollar ayrılmasını təsdiqləyib.

Bankın prezidenti əlavə edib ki, şura bir çox məruzələrə yenidən baxıb. Onlara İİB-nın ümumi kapitalının dördüncü dəfə artırılması üzrə statusla bağlı İİB-də islahatlar, eləcə də İİB İdarəçilər Şurasının iclasının buraxdığı bəyannamənin reallaşdırılması üzrə məruzələr daxildir. Həmin iclasda bank beynəlxalq ərzaq böhranı ilə mübarizə üçün ehtiyacı olan üzv ölkələrin dəstəklənməsi məqsədilə 1,5 milyard dollar vəsaitin ayrılmasını planlaşdırmışdı.

İİB-nin sessiyası İcraedici Direktorlar Şurasının 35-ci illik iclası çərçivəsində keçirilir.Tədbir banka üzv 56 ölkənin maliyyə, iqtisadiyyat və planlaşdırma nazirlərinin iştirakı ilə iyunun 23-24-də keçiriləcək. Eləcə də özəl sektorun İnkişafı üzrə İslam Korporasiyasının, Beynəlxalq İslam Ticarət-Maliyyə Korporasiyasının (ITFC) və İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının (ICIEC) illik iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti