...

AGBank GoldenPay-ə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2010 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Müasir dünyada elektron kommersiyanın populyarlığının artdığını nəzərə alan, daim inkişafda olmağı, innovasiyalara açıqlığı özünün prioritet istiqamətləri sayan AGBank, müştərilərinin rahatlığını düşünərək, Azərbaycanda ilk onlayn ödəmə xidməti provayderi olan GoldenPay-ə qoşulub. Bu barədə bankın məlumatında deyilir.

Bundan sonra "www.agbank.az" saytına daxil olaraq, internet ödəmələr sistemi çərçivəsində kommunal xidmətlər üzrə ödənişləri həyata keçirmək, Azerfone-Vodafone, Bakcell, Nar Mobile mobil telefon operatorlarında balans artırmaq, Aztelekom və BTRIB stasionar telefon operatorlarında onlayn-ödəmə, habelə internet və kabel televiziyası provayderləri olan şirkətlərin xidmətləri üzrə abunə haqqını ödəmək imkanı yaranacaq. Ümumilikdə bu sistem vasitəsilə 50-dən artıq şirkətə online ödəmə həyata keçirmək mümkündür.

GoldenPay ödəniş sistemindən yararlanmaq üçün istənilən banka aid Visa/Visa Elektron və MasterCard/Maestro kartları ilə ödəniş həyata keçirmək, mal və ya xidmət əldə etmək mümkündür. 

Xəbər lenti

Xəbər lenti